Modern.az

Vaşinqton görüşü sabah başa çatacaq

Vaşinqton görüşü sabah başa çatacaq

Ölkə

3 May 2023, 17:50

Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda keçirilən danışıqlar sabah başa çatacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib. 

 

O deyib ki, ilkin plana əsasən, müzakirələrin son günü sabahdır. Danışıqların detalları daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb. Danışıqlar iki gündür davam edir.

Bu xəbər ilə bağlı
Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi başlayıb
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj