Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümumilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilir.
Modern.az xəbər verir ki, konfransın əsas mədsədi Heydər Əliyevin tarixi irsini tanıtmaqdır.
Konfransı giriş nitqi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev açıq elan edib. Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edib.
Bundan əlavə konfransda Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Gürcüstan Respublikasının sabiq xarici işlər naziri Tedo Caparidze, Ələt azad İqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və digər rəsmi nümayəndələr iştirak edir.