Modern.az

Ölkədə bu çətin məqamı Heydər Əliyev yatıra bildi - Fərid Şəfiyev

Ölkədə bu çətin məqamı Heydər Əliyev yatıra bildi - Fərid Şəfiyev

Ölkə

5 May 2023, 09:52

90-cı illərdə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi.

 

Modern.az xəbər verir ki, bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri”mövzusunda beynəlxalq konfransda bildirib. 

 

“Ölkədə bu çətin məqamı Heydər Əliyev yatıra bildi. Ulu öndərin digər aktiv səylərindən biri də enerji sahəsində oldu. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə başladı. Eyni zamanda ölkənin xarici siyasəti formalaşmağa başladı. Deyə bilərik ki, Heydər Əliyev tərəfindən aparılan siyasət Azərbaycanın kimliyini müəyyən etməsinə şərait yaratdı”, - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?