Modern.az

Azərbaycanda daha 3 nəfər virusdan ÖLDÜ

Azərbaycanda daha 3 nəfər virusdan ÖLDÜ

12 May 2023, 16:46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 251 nəfər müalicə olunaraq sağalıb, 10 265 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

 

Son sutka ərzində 851, hazırkı dövrədək isə 7 602 283 test aparılıb.

 

1243858

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir