Modern.az

Daşkəsənə 30 santimetr qar yağıb

Daşkəsənə 30 santimetr qar yağıb

Ölkə

15 May 2023, 12:22

Mayın 14-də axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

 

Modern.az xəbər verir ki, qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

 

Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

 

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, qabaqlayıcı tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?