Modern.az

Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi oldu - YENİLƏNİB

Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi oldu - YENİLƏNİB

2 İyul 2013, 12:59


Modern.az saytı xəbər verir ki, Milli Şuranın ikinci sessiyasında vahid namizədlə bağlı məsələnin müzakirəsi başlayıb. Milli Şuranın İcra Aparatın rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov vahid namizədin Rüstəm İbrahimbəyov olmasını təklif edib.

Onun sözlərinə görə bu gün Azərbaycan tarixi bir gün yaşayır. “Həm də Rüstəm İbrahimbəyovun ortalığa qoyduğu mövqe və milli məsələlərə münasibəti bu cür deməyə əsas verir. Məhz Rüstəm İbrahimbəyovun bu xüsusiyyətləri cəmiyyətin diqqətini cəlb etdi. Bu baxımdan heab edirəm ki, vahid namizəd Rüstəm İbrahimbəyov olsun”.

ALP sədri Əvəz Temirxan da Milli Şura üzvlərini Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına səs verməyə çağırıb.

ACP sədri Sülhəddin Əkbər də Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyib.

AXCP sədri Əli Kərimli də partiyasının möveqiyi açıqlayaraq Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyib.

Vətəndaş Həmrəyliyi Partiyası da iclasda Rüstəm İbrahimbəyova dəstək nümayiş etdirib.

***

Müzakirələr zamanı Milli Şura üzvü Zəfər Quliyev də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Eldar Namazov telefonla R.İbrahimbəyovla əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov Milli Şuranın memorandumuna imza atıb.

***

KXCP sədri Mirmahmud Mirəlioğlu da Rüstəm İbrahimbəyovun namizədliyinə tərəfdar çıxıb.

***
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib.

***

Milli Şura bu günkü sessiyasında prezidentliyə vahid namizədini seçib. Modern.az xəbər verir ki, iclasda Milli Şura sədri Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olması səsə çıxarılıb və yekdilliklə qəbul olunub.

Beləliklə uzun müzakirələrdən sonra Milli Şura sədri Rüstəm İbrahimbəyov Milli Şurasının prezident seçkilərində iştirak etmək üçün vahid namizədliyi irəli sürülüb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi