Modern.az

ABŞ-dan Brüssel görüşünə dəstək - Mühüm addımdır

ABŞ-dan Brüssel görüşünə dəstək - Mühüm addımdır

16 May 2023, 08:14

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş irəliyə doğru mühüm addımdır.


Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.


“ABŞ bu danışıqlarda iştirak etməyib. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq hesab edirik ki, bunlar irəliyə doğru mühüm addımlardır. Fikrimizcə, Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür", - deyə Patel bildirib.

 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub