Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Bakı Türk Anadolu Liseyində təşkil olunan tədbirə qatılıb.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
Tədbirdə çıxış edən diplomat günün mənası və önəmi ilə əlaqədar nitq söyləyib.
"19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramımız qutlu olsun", - deyə qeyd olunub.
Xatırladaq ki, 19 mayda Mustafa Kamal Atatürk "Bandırma" gəmisi ilə İstanbuldan Samsuna gəlib və bu tarix Qurtuluş Savaşının başlanğıcı hesab olunur.
Büyükelçimiz @cahitbagci, 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı münasebetiyle Bakü Türk Anadolu Lisesinde düzenlenen kutlama programına katılarak, günün anlam ve önemi üzerine bir konuşma yapmıştır.#19Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramımız kutlu olsun! ?? pic.twitter.com/7dM0UzG0Vn
— Bakü Büyükelçiliği (@TCBakuBE) May 19, 2023