Modern.az

Toğrul Nərimanbəyovun qızı: “Atamın mirasının yarısı mənə çatmalıdır” - EKSKLÜZİV

Toğrul Nərimanbəyovun qızı: “Atamın mirasının yarısı mənə çatmalıdır” - EKSKLÜZİV

3 İyul 2013, 15:50

Düz bir ay öncə Fransada vəfat etmiş Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov bu gün Fransa vaxtı ilə 15:45 radələrində Parisdəki Passi qəbiristanlığında dəfn ediləcək. Bu barədə Modern.az saytına eksklüziv açıqlamasında rəssamın qızı Əsmər Nərimanbəyova məlumat verib. O bildirib ki, dəfn mərasiminə Bakıdan bəzi rəsmilər də qatılacaq.

“Kimlərin gələcəyini dəqiq bilmirəm. Amma bilirəm ki, Mədəniyyət və Turizm Nazirliyindən, rəssam Sakit Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, habelə Azərbaycanın Fransadakı səfirliyindən nümayəndələr gəlməlidir. Fransız rəssamlar da dəfn mərasiminə qatılacaqlar”.

Toğrul Nərimanbəyovun dəfnindən sonra onun miras məsələsinə də baxılacağını deyən Əsmər Nərimanbəyovanın sözlərinə görə, məhkəmədən sonra atasının mirasının bir hissəsi ona, yəni övladına qalmalıdır.

“Atam Fransada kirayədə qalırdı. Ona görə də Parisdə heç bir mülkü yoxdur. Amma onun işləri, bütün tabloları buradadır. Məhkəmədən sonra onun mirasının yarısı, ya da 25%-i mənə qalmalıdır. İstəyirəm ki, həmin tablolar Azərbaycanda da nümayiş olunsun, sərgi təşkil edilsin. İstəməzdim ki, onun əsərlərinin hamısı Fransada qalsın. Bilirəm ki, dəfndən sonra onun həyat yoldaşı Sevil xanım həmin əsərləri satacaq, heç bilməyəcəyik ki, onlarla kim nə edəcək. Həmin əsərlərin yarısının Bakıya gətirilməsini istəyirəm”.

Rəssamın Bakıdakı emalatxanasının isə muzey kimi fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcəyini deyən Əsmər Nərimanbəyova bununla bağlı nazir Əbülfəs Qarayevlə danışacağını söyləyib.

“Hələ ki, Bakıda deyiləm. Ona görə də bu suala cavab verməyə çətinlik çəkirəm. Lap həmin emalatxanada rəsm məktəbi də olmasına da razıyam. Mən bilirəm ki, atamın arzusu idi ki, balaca da olss emalatxanası olsun, tələbələr gəlsin ora. Amma son vaxtlar həyat yoldaşı heç kəsi evinə buraxmırdı. Təkcə alıcılar gələ bilərdi. Kim ki, tablo almaq istəyirdi, onları içəri buraxırdı. Amma gənclərin ora gəlməyi,  onun əsərlərinə baxmağı mümkün deyildi. Mənim üçün əsas onun əsərlərindən gənclərin yararlanmağıdır”, – deyə Əsmər Nərimanbəyova bildirib.

Beləliklə iyunun 2-də Fransada vəfat edən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra nəhayət ki, bu gün Parisin Passi məzarlığında dəfn ediləcək. Dəfn Bakı vaxtıyla axşam saat 18.00-də olacaq.  Ömrünün 83-cü ilində vəfat etmiş rəssamın meyiti iki qadının mübahisəsi üzündən bir aydır  ortalıqda qalmışdı. İkinci həyat yoldaşı Sevil Nərimanbəyova (Nəcəfzadə) ilə birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyovanın mübahisəsi Toğrul Nərimanbəyovun dəfnini ertələyirdi. Həyat yoldaşı onu Parisdə dəfn etmək istəyirdi, qızı isə Bakıda...
Rəssamın ikinci həyat yoldaşını məhkəməyə verən qızı Əsmər Nərimanbəyova məhkəmədə uduzub. Fransa məhkəməsi Toğrul Nərimanbəyovun həyat yoldaşının istəyinə uyğun olaraq mərhum rəssamın Parisdə dəfn edilməsinə qərar verib.

***

Toğrul Nərimanbəyov artıq Parisdə dəfn edilib.


Toğrul Nərimanbəyov və ikinci həyat yoldaşı Sevil xanım...

Rəssam oğlu Fransua Nərimanbəyovla birgə...
/file/articles/

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi