Modern.az

Xəzərin sahilləri tullantılardan təmizlənir

Xəzərin sahilləri tullantılardan təmizlənir

24 May 2023, 11:50

"Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib".

 

Modern.az xəbər verir ki, bunu ETSN-in Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. O qeyd edib ki, bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək:

 

"Amma belə aksiyalara hələ də ehtiyac olması, eyni ərazilərin yenidən təmizlənməsi, açığı təəssüf doğurur. Sahillərdə qida tullantılarından tutmuş rezin, şüşə və plastiklərə qədər müxtəlif tullantılara rast gəlinir".

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi