Modern.az

Ceyhun Bayramov əsirlərə işgəncə verilməsindən DANIŞDI

Ceyhun Bayramov əsirlərə işgəncə verilməsindən DANIŞDI

24 May 2023, 14:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə Ermənistanda əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.

 

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Bu xəbər ilə bağlı
Nazir ATƏT PA rəhbəri ilə sülh prosesini müzakirə etdi
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir