Modern.az

Daha 32 yoluxma - Ölən yoxdur

Daha 32 yoluxma - Ölən yoxdur

24 May 2023, 16:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 831 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 420 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 87 nəfərdir.

 

Son sutka ərzində 1 235, hazırkı dövrədək isə 7 614 928 test aparılıb.

 

1247763

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir