Modern.az

Kənardan dəstəyə ehtiyacımız yoxdur - İlham Əliyev 

Kənardan dəstəyə ehtiyacımız yoxdur - İlham Əliyev 

Ölkə

25 May 2023, 20:00

"Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur".

 

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

 

Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını vurğulayan dövlət başçısı qeyd edib: "Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü