Göygölə sel gəldi - Xəsarət alanlar var

Göygölə sel gəldi - Xəsarət alanlar var

Ölkə

25 May 2023, 23:22

İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirmiş, nəqliyyatın hərəkətin bərpası edilib.

 

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur