Modern.az

40 ölkənin gəncləri İlham Əliyevi “İlin dövlət başçısı” seçdilər - FOTOLAR

40 ölkənin gəncləri İlham Əliyevi “İlin dövlət başçısı” seçdilər - FOTOLAR

Ölkə

8 İyul 2013, 16:26

Azərbaycan Prezidentinin namizədliyi dünyanın 50 universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə qalib gəldi


Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən  verilən məlumata görə, dünyanın  40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənci arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin Dövlət Başçısı” seçilib.

Modern.az saytı xəbər verir ki, bu barədə qərar 6 iyul 2013-ci il tarixində DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin Sammitinin bağlanış mərasimində elan edilib. İƏT-ə üzv 40 ölkədən 50-dən çox universitet təmsilçisinin iştirakı ilə keçirilən “İƏT Modeli Summitində” gənclər arasında keçirilən sorğunun nəticələrinə görə, İƏT coğrafiyasında “İlin dövlət başçısı” ilə yanaşı “İlin xarici işlər naziri”, “İlin gənclər dostu”, “İlin Müsəlman məşhuru”, “İlin müsəlman alimi”, “İlin müsəlman qadını” və s. nominasiyalar üzrə qaliblər elan edilib.

“İlin dövlət başçısı” nominasıyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sıralarından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi,  İƏT üzv ölkələrinin sosial-iqtisadi  inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. 
“İlin Dövlət Başçısı” nominasiyasında İlham Əliyevlə yanaşı, keçmiş Qətər Əmiri Həməd bin Xəlifə Əl-Tani və Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin namizədlikləri də irəli sürülüb.

Modelin bağlanış mərasimində qərarı elan edən İƏT Modeli Sammitinin Hazırlıq Komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin pro-rektoru Prof. Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev “İlin Dövlət Başçısı”  seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi; Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi; bütövlükdə Azərbayacanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi; həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Digər nominasiyalar üzrə gənclərin rəyinə əsasən,  İslam Ticarət və Sənaye Palatasının prezidenti Şeyx Saleh Kamel “İlin Gənclərin dostu”, boksçu Məhəmməd Əli “İlin Müsəlman məşhuru”, yəmənli jurnalist, Nobel Mükafatı Laureatı Tavakkul Karman “İlin müsəlman qadını”, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “İlin Xarici İşlər Naziri”, mexaniki mühəndislik üzrə Böyük Britaniyadan olan professor Dr. Salim Al-Hassani “İlin müsəlman alimi”, Malayziya Beynəlxalq İslam Universitetinin rektoru Dr. Zaleha Kamaruddin “İƏT-də ilin rektoru”, BƏƏ Mədəniyyət, Gənclər və İcma inkişafı naziri Abdul Rahman bin Mohammed Al Ovais ”İƏT-də İlin Gənclər naziri”, BMT Baş Katibinin Gənclər üzrə xüsusi nümayəndəsi Ahmad Alhendavi “İlin aktiv müsəlman gənci”, Sivilizasiyalar Alyansı üzrə BMT-nin Ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser “İlin beynəlxalq xadimi” seçiliblər.

3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin “İlin Dövlət Başçısı” mükafatının Modelin nümayəndə heyətinin  Azərbayacana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, İƏT Modeli Sammiti hər il İƏT-nin üzv ölkələrinin beynəlxalq münasibətlər sahəsi üzrə tələbə komandaları arasında keçirilən simulasiya tədris proqramıdır. Tədbir İƏT qərarı və BMT ilə əməkdaşlıqda keçirilir və 2 mərhələdən ibarətdir. Milli səviyyədə keçirilən simulasiya oyunlarında 10 mindən artıq tələbənin iştirakı ilə kecirilən simulasiyada qalib gələn komandalar beynəlxalq Sammitdə ölkələrini təmsil edirlər. Bundan əvvəlki Sammitlər İstanbul və Kazan şəhərlərində keçirilib.

















Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi