Modern.az

Pensiya yaşı azaldılacaq? - Nazir müavini deputatlara cavab verdi

Pensiya yaşı azaldılacaq? - Nazir müavini deputatlara cavab verdi

2 İyun 2023, 12:18

Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır.

 

Modern.az xəbər verir ki, bunu 2018-2023 "Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

 

"Bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlər əsaslandırılmış olmalıdır. Demoqrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır", - deyə nazir müavini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir