Modern.az

Bakıda isti, rayonlarda yağış - Faktiki hava açıqlandı

Bakıda isti, rayonlarda yağış - Faktiki hava açıqlandı

2 İyun 2023, 19:10

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb. 

 

Bu barədə Modern.az-a Xidmətdən məlumat verilib.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb. 

 

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü