Modern.az

Postmüharibə dövrünün Azərbaycanı: Qərbdə və Şərqdə etibarlı tərəfdaş - ŞƏRH

Postmüharibə dövrünün Azərbaycanı: Qərbdə və Şərqdə etibarlı tərəfdaş - ŞƏRH

3 İyun 2023, 14:34

44 günlük Vətən müharibəsindən keçən müddət ərzində həm Azərbaycanda, həm də dünyada olduqca ciddi hadisələr baş verib. Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında ciddi yol qət edilib və hələlik yekun saziş imzalanmasa da, danışıqlar intensivləşib. Rəsmi Bakı və İrəvan sülh sazişi ilə bağlı müsbət mesajlar səsləndirib.

 

Dünyada isə təhlükəsizliklə bağlı vəziyyət olduqca gərginləşib. Ötən ilin fevral ayında başlayan Ukrayna müharibəsi Avropada İkinci Dünya müharibəsindən sonra ən ciddi toqquşma hesab edilir. Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hər iki tərəf yüz minlərlə itki verib, Ukraynada on minlərlə mülki şəxs həyatını itirib.

 

Ancaq müharibə yalnız iki tərəfə təsir etməyib. Müharibə pandemiyanın qlobal təchizat zəncirində yaratdığı problemləri daha da artırıb. Bir çox Avropa ölkəsində inflyasiya, qiymət artımı yaşanır, dünyada ərzaq qiymətləri bahalaşır. Avropa ölkələri başda olmaqla dünyanın, demək olar ki, bütün ölkələri hərbi xərclərini artırıb.

 

Müharibə nəticəsində Avropada enerji böhranı başladı və Rusiyadan qaz idxalı azaldı. Avropa ölkələri alternativ enerji mənbələri axtardı və bu zaman Azərbaycan Avropanın köməyinə çatdı. Hazırda Avropada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev deyir ki, 44 günlük müharibə tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Azərbaycanı güclü bir dövlət kimi dünyaya təqdim etdi. 


"Ondan sonrakı proseslərdə bizim həm siyasi-diplomatik, həm də daxili sosial-iqtisadi nəitcələr əldə olunub. Heç şübhəsiz ki, bu nəaliyyətlər Prezident İlham Əliyevin düzgün, real, beynəlxalq və daxili çağırışlara uyğun siyasətin formalaşması nəticəsində uyğun olub. Beynəlxalq siyasətdə Azərbaycan tək regionda deyil, dünyada nüfuzu olan ölkələr sırasında öz yerini alıb. Bu yaxınlarda İsrail prezidenti Bakıya gələrkən o da dedi ki, Azərbaycan dünya siyasətinin müəyyən edilməsində söz sahibi olan ölkələrdən biridir. Eyni zamanda Baydenin 28 May Müstəqillik Günü münasibəti ilə ölkə başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda da Azərbaycanın uğurları qeyd olunub. Xüsusilə Azərbaycan-Ermənistan konfliktinin aradan qaldırılmasında ölkəmizin addımları dəstəklənir. Bu da ABŞ dövlət siyasətinin Cənubi Qafqazdakı fikirlərinin, münasibətlərin tam aydınlaşması və Azərbaycanın dəstəklənməsi deməkdir. Kişineu görüşündə də münasibətlərin yaxınlaşmasının şahidi olduq. Bütün bunların hər biri onu göstərir ki, prezident İlham Əliyev böyük diplomat və dövlət xadimi kimi olduqca böyük uğurlar qazanmaqdadır. Bu da yəqin ki, ilin sonuna qədər bütün problemlərin aradan qaldırılmasına, diplomatik münasibətlərin başlamasına qədər gətirib çıxaracaq", - deyə parlamentari bildirib.

 


M.Quliyev vurğulayıb ki, əgər postmüharibə və postpandemiya dövründə dövlətin büdcəsində artıq yaranırsa, bu artıq dövlətin güclü olduğunu göstərir:

 

"Azərbaycan Qarabağda böyük quruculuq işləri aparır. Artıq Zəngilanla yanaşı Laçında məskunlaşma prosesi başlayıb. Çox güman ki, ilin sonuna qədər digər rayonlarda da bu iş gedəcək. Qarabağda yollar çəkilir, bütün komunikasiya vasitələri yenidən qurulur. Bütün bunlar hamısı Azərbaycan dövlətinin qüdrəti və düzgün aparılan siyasətinin nəticəsidir. Qardaş Türkiyədə demokratik seçkilərin keçirilməsi Azərbaycanın, qardaş ölkənin özünün və bütün türk dövlətlərinin gücünü artıracaq. Bu mənada Azərbaycanın siyasətinin postmüharibə dövründə ən yüksək səviyyədə olduğunu deyə bilərik. Azərbaycanın Avropa bazarında öz karbohidrogen ehtiyatlarının istifadəsi və Qərb tərəfindən ölkəmizin etibarlı tərəfdaş kimi tanınması çox müsbət bir hadisədir. Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında müharibə olmasa belə Azərbaycan bu yola çıxmışdı. TAP, TANAP layihələri bu savaşdan əvvəl planlaşdırılmışdı. Bakı-Tbilisi-Ceyhan Ümumilli lider Heydər Əliyevin ideyaları idi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirildi. Həmçinin, Qədim İpək Yolunun bərpası kimi layihələr də var idi". 


Avropada artıq Azərbaycanı tək enerji ölkəsi kimi yox, həm də etibarlı siyasi-diplomatik tərəfdaş kimi tanıyırlar. Təbii ki, bu da bizi sevindirir. Çünki uzun illər Avropada bir ermənipərəstlik hiss edilir. Bunun da səbəbi lobbilər və xristian tərəfkeşliyindən irəli gəlirdi. Məhz bunlara görə Azərbaycana qarşı qeyri-səmimi münasibətlərin şahidi olmuşuq. Ancaq Vətən müharibəsinin qələbə ilə sonlanması Avropada bir çox güclərin ölkəmizə qarşı münasibətində dəyişikliyə gətirib çıxardı. Makron hakimiyyətində olan Fransa istisna olmaqla bütün Avropa ölkələrinin Azərbaycanla çox səmimi münasibətləri mövcuddur. Şərqi Avropa dövlətlərinin başçılarının İlham Əliyev haqqında söylədikləri müsbət rəylər də bunun göstəricisidir. Yəni Qərbin Azərbaycanla münasibətləri yaxşılaşdırması tək enerji ilə bağlı deyil. Burada COVİD-19 dövründə ölkəmizin apardığı siyasət, Qoşulmama Hərəkatına liderliyimiz dövründə etdiyimiz humanitar yardımlar, Ukrayna-Rusiya müharibəsində ədalətli mövqey tutmağımızın hamısı Avropa ilə əlaqələrimizin yüksək səviyyəyə gəlib çatmasını şərtləndirən amillərdir. Buna görə də mən düşünürəm ki, Azərbaycanın bütün dünyada nüfuzu getdikcə atır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi