Modern.az

Sumqayıtda qəza: xəsarət alan var

Sumqayıtda qəza: xəsarət alan var

Ölkə

4 İyun 2023, 09:52

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Khazar” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir