Yaxın zamanlarda Azərbaycanda gözün buynuz qişası bankı yaradılacaq.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Mətanət Əfəndiyeva deyib.
O bildirib ki, hazırda buynuz qişa transplantasiyası əməliyyatı xaricdən gətirilən donor hesabına həyata keçirilir: "Lakin yaxın zamanlarda ölkə daxilində buynuz qişası bankı yaradılması nəzərdə tutulub".