Modern.az

Sərhəd xidmətinin təşkilində yeniliklər tətbiq edilir - Prezidentin köməkçisi

Sərhəd xidmətinin təşkilində yeniliklər tətbiq edilir - Prezidentin köməkçisi

8 İyun 2023, 12:22

Azərbaycan davamlı inkişaf edir və şübhəsiz ki, sərhəd xidmətinin təşkilində yeniliklər tətbiq edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı bildirib.

 

Prezidentin köməkçisi deyib ki, sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.

 

Məhərrəm Əliyev xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

 

Prezidentin köməkçisi, həmçinin diqqətə çatdırıb ki, sərhəd xidmətinin təşkil edilməsi, real çağırışlar əsasında təhlükəsizliyin təminatı böyük işlər tələb edir və MDB ölkələrinin müvafiq qurumları bu vəzifənin öhdəsindən uğurla gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi