
“Mənim sağ qalmağım onlar üçün əsas problemdir. Bu baxımdan mənim yaşamağımı belə istəməyənlər var”.
Modern.az-ın məlumatına görə,
bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) mühacirətdə olan lideri Rəsul Quliyev bildirib. Yenidən Azərbaycana qayıtmaq istədiyini deyən eks-spiker bu yolda hakimiyyət təsmilçilərinin ona mane olduqlarını vurğulayıb. “Mənim sağ olmağım bunlar üçün əsas problemdir. Yaşamağımı belə istəmirlər. Azərbaycana qayıtmamağım üçün əllərindən gələn hər şeyi edirlər. İndi də mən Azərbaycana tərəf üzümü tutsam, sizi əmin edirəm ki, qarşıma silah-sursatlı qoşun çıxaracaqlar. Mənim planım yerində qalır. Qonşu ölkələrə və eləcə də Azərbaycana gəlmək istəyirəm”-deyə R.Quliyev bəyan edib.
Anar RÜSTƏMOV