Modern.az

Azərbaycan və Kuba baş nazirləri danışıqlar apardı 

Azərbaycan və Kuba baş nazirləri danışıqlar apardı 

Ölkə

8 İyun 2023, 21:10

Rusiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

 

Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.

 

Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.

 

Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü