Modern.az

Vaşinqton görüşü tezliklə baş tuta bilər - Paşinyanın müavini

Vaşinqton görüşü tezliklə baş tuta bilər - Paşinyanın müavini

9 İyun 2023, 13:50

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton görüşü tezliklə baş tuta bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan yerli jurnalistlərə açıqlamasında bildirib.

 

O, İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın cavabından söz açaraq qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır.

 

“Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”, - Ermənistan rəsmisi vurğulayıb.

Bu xəbər ilə bağlı
Nazirlərin Vaşinqton görüşü təxirə salındı
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir