Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ölkə

10 İyun 2023, 13:08

Azərbaycanda iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!