Modern.az

Laçında 2 tondan çox çətənə kolu məhv edildi

Laçında 2 tondan çox çətənə kolu məhv edildi

Ölkə

11 İyun 2023, 09:44

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib.

 

Daxili İşlər Nazirliyindən "Modern.az"a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

 

Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular