Modern.az

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Ölkə

13 İyun 2023, 16:38

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular