Modern.az

Növbəti Vaşinqton görüşünü səbirsizliklə gözləyirik -ABŞ rəsmisi

Növbəti Vaşinqton görüşünü səbirsizliklə gözləyirik -ABŞ rəsmisi

14 İyun 2023, 07:46

"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə oluna bilər.

 

"Biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Razılıq əldə edilə bilər. Təəssüf ki, bu görüş (əvvəllər nəzərdə tutulmuşdu - red.) planlaşdırma ilə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, - Miller əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı. Lakin görüşün təxirə salınmasına qərar verildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular