Modern.az

Faktiki hava açıqlandı - Leysan, şimşək, dolu

Faktiki hava açıqlandı - Leysan, şimşək, dolu

14 İyun 2023, 21:46

Saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Qəbələ, Şəki, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Ləzə, Şahdağ, Qrız, Neftçala, Salyan, İsmayıllı, Kürdəmir, Şamaxı, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, cənub-qərb küləyi arabir Salyanda 18 m/s-dək güclənib. İsmayıllı rayonunda saat 17:29-17:30 radələrində diametri 0.5 mm olan dolu düşüb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular