Modern.az

Qazax sakinində qumbara və narkotik aşkarlandı

Qazax sakinində qumbara və narkotik aşkarlandı

17 İyun 2023, 11:25

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

 

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular