Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, 1994-cü il təvəllüdlü İlyasov Vüsal Habil oğlunu Zabrat qəsəbəsində yolu keçən zaman avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt üzrə araşdırmalar aparılır.