Modern.az

\"İçərişəhər\" vahid məlumatlandırma xidmətini istifadəyə verdi

\

19 İyun 2023, 11:39

“İçərişəhər” DTMQ İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib.

 

İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir. Bu səbəbdən də xidmət tarixi Qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında rəqəmsal şəkildə məlumatlandırmaq üçün istifadəyə verilmişdir.

 

Məlumat üçün bildiririk ki, “Vahid məlumatlandırma xidməti” sakin və sahibkarlar üçün ödənişsiz əsasda təqdim edilir.

 

1256919

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular