Modern.az

Rusiyanı matəmə bürüyən erməni sürücü arvad paltarında məhkəməyə gətirilib - VİDEO

Rusiyanı matəmə bürüyən erməni sürücü arvad paltarında məhkəməyə gətirilib - VİDEO

16 İyul 2013, 12:53


Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraç Aratunyan qadın xalatında məhkəməyə gətirilib. Modern.az saytı bildirir ki, dəhşətli qəza törtəməkdə şübhəli bilinən Aratunyan məhkmə zalına gətirilərkən qorxu içində olduğu müşahidə edilib. Jurnalistlərin suallarına ancaq başını tərpədərək cavab verən erməni sürücü göz yalarını saxlaya bilməyib. O, hələ də şokda olduğunu, ona görə də danışa bilmədiyini bildirib.
NTV-nin məlumatına görə, Moskvada iyulun 13-də Aratunyan tərəfindən törədilmiş qəzada “Kamaz” sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər  ölüb və 30-dan artıq insan ağır xəsarət alıb.

Məhkəmə zamanı onun qardaşı bildirib ki, Aratunyan Qarabağ müharibəsində iştirak edib və orada kontuziya alıb. Hələ bu azmış kimi, yeganə oğlu bu yaxınlarda hərbi xidmətdə olarkən öldürülüb. Moskvaya ehtiyac üzündən gəlib ki, pul qazanıb oğluna başdaşı düzəltdirsin.

Erməni sürücünün qadın xalatında məhkəməyə gətirlməsi sosial şəbəklərədə ciddi rezonans yaradıb. Erməni və ruslar bunu insan ləyaqətini açladan addım hesab etdiklərini və rus şovonizminin nümunəsi adlandırıblar.



İSMAYIL  TANRIVERDİ 
BDU-nun Erməni araşdırmaları    
ETL-nın böyük elmi işçisi
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!