Modern.az

700 bal toplayan abituriyentlərin adları bəlli oldu - Onları siz də tanıyın - SİYAHI

700 bal toplayan abituriyentlərin adları bəlli oldu - Onları siz də tanıyın - SİYAHI

17 İyul 2013, 10:42

İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.

Modern.az saytı rekord nəticəyə imza atan abituriyentlərin kimliyini öyrənib və onları sizə təqdim edirik. Ən uğurlu nəticələrə nail olan abituriyentlər aşağıdakı “dördlük”dür:

İsmayılov Məhəmməd Şahin oğlu - Bakı şəhəri 258 saylı orta məktəbi bitirib.

Qafarova Flora Eldar qızı - Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirib.

Murğuzova Nərmin Sahib qızı - Tovuz rayonu Y.Sadıqov adına orta məktəbi bitirib.

Məmmədli Nərmin Rövşən qızı - Mingəçevir şəhəri 3 saylı orta məktəbi bitirib.

Qeyd edək ki, 700 bal toplayan abituriyentlərin dördü də bu ilin məzunlarıdır.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi