Modern.az

Ceyhun Bayramov Britaniyada sülhdən DANIŞDI

Ceyhun Bayramov Britaniyada sülhdən DANIŞDI

22 İyun 2023, 17:46

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan-Birləşmiş Krallıq münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar və digər məsələlər müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov tədbir zamanı iştiraçıları maraqlandıran sualları cavablandırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular