Modern.az

Azərbaycanda bir gündə iki partiya özünü BURAXDI

Azərbaycanda bir gündə iki partiya özünü BURAXDI

23 İyun 2023, 10:32

Azərbaycanda daha iki partiya özünü buraxıb.

 

Modern.az xəbər verir ki, Sosial Ədalət Partiyası (SƏP) və Cümhuriyyət Xalq Partiyası (CXP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıblar.

 

Mətləb Mütəllimovun rəhbərlik etdiyi SƏP 1998-ci ildə, Bədrəddin Quliyevin sədrlik etdiyi CXP isə 2020-ci ildə qeydiyyata alınıb.

 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 26-a çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:

 

1. Qorqud Partiyası

2. Azərbaycan Kommunist Partiyası

3. Azərbaycan Tərəqqi Partiyası

4. Vahid Azərbaycan Milli Birlik Partiyası

5. Aydınlar Partiyası

6. Müstəqil Xalq Partiyası (MXP)

7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)

8. Yeni Yol Partiyası

9. Azərbaycan Respublikaçılar Partiyası

10. Müstəqil Azərbaycan Partiyası

11. Azərbaycan Vahid Kommunist Partiyası

12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)

13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

14. Milli Vəhdət Partiyası (MVP)

15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)

16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

17. Azərbaycan Təkamül Partiyası

18. Birlik Partiyası

19. Azərbaycan Azad Respublikaçılar Partiyası

20. Milli Konqres Partiyası

21. Vətənpərvərlər Partiyası

22. Vətəndaş Birliyi Partiyası

23. Milli Demokrat-İdrak Partiyası

24. Milli Həmrəylik Partiyası 

25. Cümhuriyyət Xalq Partiyası (CXP)

26. Sosial Ədalət Partiyası (SƏP)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular