Modern.az

Prezidentin köməkçisi Laçın sərhəd məntəqəsindən paylaşım etdi

Prezidentin köməkçisi Laçın sərhəd məntəqəsindən paylaşım etdi

24 İyun 2023, 13:32

“Ermənistanın törətdiyi təxribatdan sonra "Laçın" sərhəd-buraxılış məntəqəsində aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır”.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.

 

"Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır", - paylaşımda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular