Modern.az

“BakıKart” mobil tətbiqi fəaliyyətə başladı

“BakıKart” mobil tətbiqi fəaliyyətə başladı

Ölkə

2 İyul 2023, 00:21

“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayıb.

 

Modern.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadla xəbər verir ki, artıq tətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkündür.


Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir. Tətbiq üzərindən, həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.


Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı