Modern.az

Türkiyənin müdafiə naziri səfirimizi qəbul edib - YENİLƏNİB

Türkiyənin müdafiə naziri səfirimizi qəbul edib - YENİLƏNİB

4 İyul 2023, 19:20

Azərbaycanla Türkiyə arasında müdafiə sahəsindəki güclü əməkdaşlığın inkişaf edəcəyinə əminik.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin səfir Rəşad Məmmədovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşünə dair məlumatında bildirilib.

 

Qeyd edilib ki, səfir Rəşad Məmmədov Yaşar Güləri müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

 

***

17:24

 

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

 

Məlumata görə, tərəflər Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri, regional və qlobal vəziyyətə dair məsələləri müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu