Modern.az

Paşinyan yenidən İlham Əliyevlə görüşəcəyini AÇIQLADI 

Paşinyan yenidən İlham Əliyevlə görüşəcəyini AÇIQLADI 

6 İyul 2023, 11:24

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında bildirib.

 

Onun sözlərinə görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

 

Paşinyan çıxışı zamanı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil və bunun üçün şərait yetişməyib.

 

“Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”, - baş nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR