Modern.az

Şahin Mustafayev Qriqoryanla bir arada - Razılığa gəldilər

Şahin Mustafayev Qriqoryanla bir arada - Razılığa gəldilər

12 İyul 2023, 17:10

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların dördüncü iclası barədə məlumat yayıb.

 

XİN-dən Modern.az-a bildirilib ki, 12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü iclası keçirilib.

 

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

 

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

 

***

(17:12)

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mger Qriqoryanla görüşüb.

 

Modern.az xəbər verir ki, tərəflər görüş zamanı delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, təşkilati detalları nəzərdən keçiriblər.

 

İki ölkə rəsmiləri sayca beşinci görüşün keçirilməsi barədə razılığa gəliblər.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım