Modern.az

İsrailin müdafiə naziri Azərbaycana GƏLDİ

İsrailin müdafiə naziri Azərbaycana GƏLDİ

13 İyul 2023, 00:57

İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfərə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik məlumat yayıb.

 

Yerli KİV-də yer alan məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.

 

Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım