Modern.az

FHN təlim keçirib - FOTO

FHN təlim keçirib - FOTO

Ölkə

16 İyul 2023, 10:48

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.

 

Fövqəladə Hallar Nazirliyindən "Modern.az"a verilən xəbərə görə, təlim Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində keçirilib.

 

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə qurumları arasında qarşılıqlı fəaliyyətin və xilasetmə zamanı effektiv idarəetmənin təşkili, şəxsi heyətin xilasetmə vasitələri və alpinist avadanlıqlarından istifadə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

 

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

 

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi