Modern.az

Leysan, dolu, şimşək... - Sabahın havası

Leysan, dolu, şimşək... - Sabahın havası

16 İyul 2023, 12:55

Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi