Modern.az

Azərbaycanda şəkərli diabet xəstələrinin SAYI

Azərbaycanda şəkərli diabet xəstələrinin SAYI

Ölkə

17 İyul 2023, 14:40

“Bu ilin 6 ayı ərzində ölkə üzrə 53 Hemodializ Mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur”.

 

Modern.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

 

O bildirib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə dövlət proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb:

 

"Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır. Onlar dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. Bu ilin 6 ayında 4 839 yeni xəstə qeydiyyata alınıb".

 

V.Qurbanov qeyd edib, dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir: "Onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. Bu ilin yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım