Modern.az

İlqar Məmmədovdan Ədliyyə Nazirliyinə MƏKTUB

İlqar Məmmədovdan Ədliyyə Nazirliyinə MƏKTUB

Ölkə

18 İyul 2023, 15:42

REAL Partiyasının sədri İlqar Məmmədov Ədliyyə Nazirliyinə məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubun əsas məzmunu qurumun partiya üzvlərinin reyestri ilə bağlı tutduğu iradların və çatışmazlıqların detallı şəkildə REAL-a təqdim olunmasından ibarətdir.

 

Qeyd edək ki, nazirlik partiyanın 5000 nəfərlik siyahıda təqdim edilən 986 nəfərin partiyaya üzv olmadığını bildirib. Bundan başqa 1058 nəfərin telefon nömrəsi kimi partiyanın nömrəsi göstərilib, 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi