Modern.az

Hikmət Hacıyev Avropa səfirləri ilə görüşdü

Hikmət Hacıyev Avropa səfirləri ilə görüşdü

Ölkə

19 İyul 2023, 16:16

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Twitter" hesabında bildirib.

 

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, - alman diplomat vurğulayıb.

 

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi