Modern.az

YAP-dan AXCP və Müsavata ÇAĞIRIŞ - Yenidən gəlin!

YAP-dan AXCP və Müsavata ÇAĞIRIŞ - Yenidən gəlin!

20 İyul 2023, 16:38

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. Rəsmi məlumata əsasən, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyində təqdim edib. Lakin onlardan bir neçəsi 5 min üzv baryerini keçə bilməyib.

 

Nazirlikdən bildirilib ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkar edilib.

 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

 

Qeydiyyata alınmayanlar sırasında REAL, AXCP və Müsavat partiyaları da var. Nazirlik hər üç siyasi partiyaya sənədləri qaydasına salmaq üçün vaxt verib. Müxalif partiyalardan fərqli olaraq, hakim Yeni Azərbaycan Partiyasıın (YAP) heç bir problemlə üzləşmədən qeydiyyata alınması əks düşərgədə narazılığa səbəb olub. 


Müxalifətçilərin etirazları barədə Modern.az-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Siyavuş Novruzov qeydiyyata alınma prosesində heç kimə qarşı ədalətsizlik edilmədiyini söyləyib.

 

“Siyasi partiyalar haqqında yeni qanun qəbul olunduqdan sonra bütün partiyalara yenidən qeydiyyatdan keçmələri üçün tələblər, şərtlər qoyulub. Qanuna uyğun olaraq bütün partiyalara bərabər şərait yaradılıb. Məsələn, tələb olunur ki, qeydiyyata alınmaq üçün 5 min üzv olmalıdır. Bu və digər tələblər partiyalar qarşısında qaldırılıb. Lakin kiməsə qarşı ədalətsizlik və ayrı-seçkilik edilməyib", - parlamentari vurğulayıb.

 

YAP təmsilçisi qeydiyyatdan keçməyən müxalifət partiyalarını yenidən sənəd hazırlamağa çağırıb:

 

“Azərbaycanda 56-dan çox partiya var. Onlardan 31-i 90-cı illərdə yaranmış partiyalardır. Bəziləri isə özləri fəaliyyətlərini dayandırdı. Digərləri sənədləri toplayıb Ədliyyə Nazirliyinə verməlidir. Bəzi partiyaların əsas problemi üzvlərin sayı ilə bağlıdır. Məsələn, Müsavat partiyası tərəfindən təqdim olunan sənəddə 2700 nəfər, Real partiyasında cəmi 400-dən bir az çox üzv var. Tək müxalifət yox, iqtidaryönlü partiyalar da ola bilər. Hər birinə müraciət olunur ki, bunları düzəldib, yenidən gəlin. Burada kiməsə qarşı ədalətsizlik, ya da tərəfkeşlik yoxdur. Sadəcə qanunun tələblərinə uyğun olaraq hər bir partiya qeydiyyatdan keçməlidir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı