Modern.az

Rəsmi Bakıdan İsveçdə Quranın yandırılmasına ETİRAZ

Rəsmi Bakıdan İsveçdə Quranın yandırılmasına ETİRAZ

Ölkə

21 İyul 2023, 13:04

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quran kitabının yandırılmasını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

 

Nazirlik İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.

 

Qeyd edək ki, İsveçdə yaşayan iraq əsilli Salvan Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında Quran kitabını yandırıb. Momika dünən isə Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb. Hadisədən sonra İraqda etiraz aksiyaları keçirilib. Rəsmi Bağdad İsveçin İraqdakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım