Modern.az

Bərdə bazarı BAĞLANDI

Bərdə bazarı BAĞLANDI

Ölkə

23 İyul 2023, 09:13

Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.

 

Hazırda əraziyə Fövqəladə Hallah Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edir.

 

Sahibkarların verdiyi məlumata görə, səbəb kimi, bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia edilir. Bazar ərazisində su anbarının, fövqəladə hal zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə giriş-çıxış yollarının olmaması, mağazalarda yanğın təhlükəsizliyi əlehinə tələb olunan şərtlərin pozulması göstərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu